“Bank Technique” bağlanır? – Açıqlama

“Bank Technique” bağlanır? – Açıqlama
  28 İyul 2015    Oxunub:7400
Son günlər bəzi kütləvi informasiya vasitələrində “Bank Technique”in müflis olması və bağlanacağı ilə bağlı müxtəlif məlumatlar yayılır. Bildirilir ki, “Bank Technique” ciddi maliyyə problemləri ilə üzləşib. Həmçinin sözügedən bankda ödəmələrin gecikdiyi də qeyd olunur.
“Bank Technique” ASC-nin Xəzər filialının direktoru Fərid Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, bankın bağlanacağı ilə bağlı məlumatlar doğru deyil: “İnsanların narahat olmasına əsas yoxdur. Bankın bağlanması ilə bağlı hər hansı bir təhlükə də yoxdur. Yaxın bir zamanda yayılan xəbərlərlə bağlı rəsmi açıqlama veriləcək. Müsahidə Şurasının qərarı da açıqlanacaq. İnsanların narahatlığının qarşısının necə alınacağı ilə bağlı suala cavab verməyə çətinlik çəkirəm. Həmçinin bankın borcları ilə bağlı heç nə deyə bilmərəm. Bir onu deyə bilərəm ki, bankın bağlanacağı haqda xəbərlər doğru deyil”.

F.Məmmədov həmçinin Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin “Bank Technique” ASC-ə rəhbər təyin olunması ilə bağlı mətbuatda yayılan xəbərlərə də münasibət bildirib: “Mən onu heç vaxt “Bank Technique”də görməmişəm. İclaslarda da olmayıb. Cahangir Hacıyevin banka rəhbərlik etməsi ilə bağlı məndə heç bir məlumat yoxdur”.

Qeyd edək ki, F. Məmmədov Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşıdır. Bir müddət əvvəl onun da həbs edilməsi haqda xəbərlər yayılmışdı.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti