“Bakı 2015” Londonda təqdim olunacaq

“Bakı 2015” Londonda təqdim olunacaq
  27 Aprel 2015    Oxunub:1400
“Bakı 2015” Avropa oyunlarının Londonda təqdimat mərasimi baş tutacaq.
Gənclər və İdman Nazirliyindən AzVision.az-a daxil olan məlumata görə, bu məqsədlə gənclər və idman naziri Azad Rəhimovun bu gün Londona rəsmi səfəri başlayıb.

Londonun məşhur “The Dorchester Hotel”ində baş tutacaq qala gecəsində nazirlə yanaşı Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Coenin çıxışları nəzərdə tutulub.

Təqdimat mərasimində qonaqlara “Bakı-2015” Avropa Oyunlarına hazırlıqla bağlı video çarx nümayiş etdiriləcək. Eyni zamanda qonaqlara konsert proqramı və Azərbaycan tarixini,mədəniyyətini və digər dəyərlərini özündə əks etdirən fotosərgi də təqdim olunacaq.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti