“Bakı 2015”-in paradı keçiriləcək

“Bakı 2015”-in  paradı keçiriləcək
  07 İyul 2015    Oxunub:3082
"Bakı 2015" I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunan xüsusi tədbir keçiriləcək.
AzVision.az xəbər verir ki, iyulun 12-də baş tutacaq tədbirin təşəbbüskarları Gənclər və İdman Nazirliyi və "Bakı 2015" Аvropa Oyunlarının Əməliyyat Komitəsidir (BEGOC).

"Tarix yazdıq! Tarixə yazıldıq!" şüarı altında keçiriləcək tədbir iki hissədən ibarət olacaq. Tədbirin birinci hissəsində Azərbaycan milli yığmasının idmançılarının və Avropa Oyunlarının könüllülərinin iştirakı ilə "Bakı 2015" paradı baş tutacaq. Parad 20:00-da Əl Oyunları Sarayından başlayaraq Dənizkənarı Milli Parkda "Saat qülləsi"nin yanında yekunlaşacaq.

Parad xüsusi konsert proqramı ilə davam edəcək. Konsert proqramı saat 21:00-da "Saat qülləsi"nin yanında başlayacaq və estrada ulduzlarının iştirakı ilə davam edəcək.


Teqlər:





Xəbər lenti