“BP-Azərbaycan”da ixtisarlar aparılır? - AÇIQLAMA

“BP-Azərbaycan”da ixtisarlar aparılır? - AÇIQLAMA
  23 May 2015    Oxunub:2746
“BP-Azərbaycan” şirkətində kütləvi ixtisarların aparılması ilə bağlı xəbərlərə aydınlıq gətirilib.
Şirkətdən AzVision.az-a verilən məlumata görə, ixtisarlar bir neçə ay bundan öncə həyata keçirilib.

“Hazırda “BP-Azərbaycan” şirkətində heç bir ixtisar aparılmır. İxtisarlar bir neçə ay əvvəl aparılıb. Hazırda şirkətdə heç kim işdən çıxarılmayıb”.

Qeyd edək ki, son günlər adıçəkilən şirkətdə kütləvi ixtisarların aparılması haqda məlumatlar yayılır. Şirkətdə işləyənlərin sözlərinə görə, rəhbərlik tərəfindən onlara bir neçə dəfə bu barədə xəbərdarlıq edilib.

Xatırladaq ki, yanvar ayında adıçəkilən şirkətdə 105 yerli, 150 əcnəbi işçi ixtisar edilib.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti