“Azərsu” ASC-nin illik hesabatı auditor rəyi alıb

“Azərsu” ASC-nin illik hesabatı auditor rəyi alıb
  02 İyul 2015    Oxunub:1958
"Azərsu" ASC-nin 2014-cü il üzrə konsolidasiya edilmiş maliyyə hesabatları “Ernst &Young” auditor şirkəti tərəfindən yoxlanılıb.
AzVision.az “Azərsu”ya istinadən bildirir ki, maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektlər üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğu barədə rəy alınıb.

Maliyyə hesabatları müstəqil auditorun rəyi ilə birlikdə aidiyyəti dövlət orqanlarına və maliyyə institutlarına təqdim edilib. Qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, maliyyə hesabatlarında təqdim olunmuş informasiyadan sərbəst istifadəni təmin etmək məqsədilə "Azərsu" ASC-nin 2014-cü il üzrə konsolidasiya olunmuş maliyyə hesabatları ASC-nin internet səhifəsində yerləşdirilib.

Qeyd edək ki, maliyyə hesabatlarında beynəlxalq standartların tələblərinə uyğun olaraq Səhmdar Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini dürüst, etibarlı şəkildə əks etdirən informasiya, o cümlədən aktivlərin və öhdəliklərin ədalətli dəyəri, artan yekunla gəlirlər, xərclər və maliyyə nəticələri, pul vəsaitlərinin axını (hərəkəti), kapitalda hesabat dövrü ərzində baş vermiş dəyişikliklər öz əksini tapıb.


Teqlər:





Xəbər lenti