“Azərkosmos” Livan bazarında

“Azərkosmos” Livan bazarında
  18 Dekabr 2014    Oxunub:1579
Livanda və Orta Şərqdə aparıcı televiziya stansiyalarından olan MTV Livan “Azerspace-1” telekommunikasiya peykindən qısamüddətli tutum istifadəsinə başlayıb.

AzVision.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) istinadla verdiyi məlumata görə, bu əməkdaşlıq “Azərkosmos” ASC-yə Livanın telekommunikasiya bazarına daxil olmaq imkanı yaratdığından şirkət üçün böyük əhəmiyyət kəsb edir.

Bu barədə MTV-nin İctimaiyyətlə əlaqələr üzrə rəhbəri Jan Tüfengi qeyd edib ki, “MTV Azerspace-1 peykinin tutumlarından istifadəyə dair “Azərkosmos”la anlaşma imzaladığı üçün çox məmnundur”.

Qeyd edək ki, hazırda “Azerspace-1” peykinin Asiya və Avropa şüaları vasitəsilə MTV-nin proqramları Körfəz ölkələri, Orta Şərq, Şimali Afrika və Avropa regionlarında yayımlanır.

Həmçinin, MTV öz SNG (mobil televiziya stansiyası) avadanlıqlarının və Uplink (peykə ötürülən siqnalın qaldırılması) xidmətlərinin idarəetməsini “Azərkosmos”a həvalə edib.

Buna səbəb “Azərkosmos”un zəngin təcrübəsi və geniş və dəqiq peyk əhatə dairəsinin olmasıdır.


Teqlər:





Xəbər lenti