“Azərbaycandan İrana qarşı istifadə oluna bilməz”

“Azərbaycandan İrana qarşı istifadə oluna bilməz”
  15 Sentyabr 2014    Oxunub:2317
Azərbaycan ərazisi və hava məkanından heç vaxt İrana qarşı istifadə oluna bilməz.
Azvision.az-ın İran KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə İranın müdafiə nazir müavini Qasım Tağızadə ilə görüşü zamanı Azərbaycan müdafiə naziri Zakir Həsənov bildirib.

“Azərbaycan heç bir halda onun ərazisi və hava məkanının İran İslam Respublikasına qarşı istifadə olunmasına icazə verməz”, – deyə ötən həftə Bakıda keçirilən görüş zamanı Zakir Həsənov bildirib.

Bundan əlavə, tərəflər regional məsələləri müzakirə edib, həmçinin müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə hazır olduqlarını bildiriblər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti