`Azərbaycanda etnik və dini nifrət yox dərəcəsindədir`

`Azərbaycanda etnik və dini nifrət yox dərəcəsindədir`
  11 Fevral 2016    Oxunub:1619
“Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin əsasında Azərbaycançılıq ideologiyası dayanır”.
AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər.

Dövlət Komitəsi sədrinin sözlərinə görə, məhz etnik-mədəni müxtəlifliklər arasındakı münasibətlərin düzgün tənzimlənməsi işində respublikamızın spesifik sülhsevər siyasətinin nəticəsidir ki, bu gün heç kim, hətta bizə ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş ölkələr də Azərbaycanda multikultural mühitin mövcudluğunu nəinki inkar edə bilmir, hətta bu sosial münasibət və dövlət siyasətinin dünya üçün nümunə olduğunu təsdiqləyirlər:

“Azərbaycanda milli, etnik, dini nifrət yox dərəcəsindədir. Bu, bizim nailiyyətimizdir ki, Azərbaycan xalqı digər millətlərlə, xalqlarla düşmənçilik hissi ilə yaşamır”.


Teqlər:  





Xəbər lenti