“Azərbaycan qəti mövqe nümayiş etdirir” - Zakir Həsənov

“Azərbaycan qəti mövqe nümayiş etdirir” - Zakir Həsənov
  03 İyul 2015    Oxunub:2357
Litvada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün bir sıra görüşlər keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, Litva Hərbi Məktəbini ziyarət edən nazir təhsil müəssisəsi ilə tanışlıqdan sonra keçirilən görüşdə ölkələrimizin hərbi təhsil sahəsində əməkdaşlığının genişləndirilməsi istiqamətində böyük imkanların olması, qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi, müxtəlif mövzularda seminarların, kursların və digər tədbirlərin təşkil edilməsi barədə fikir mübadiləsi aparıb.

Sonra Z. Həsənov NATO Enerji Təhlükəsizliyi Mərkəzində olub. Müdafiə nazirinə mərkəzin təyinatı, məqsədi, fəaliyyəti, enerji təhlükəsizliyi sahəsində keçirilən tədbirlər, planlaşdırılan işlər barədə ətraflı məlumat verilib.

Müdafiə naziri Azərbaycanın NATO-nun fəal tərəfdaşlarından biri olduğunu bildirərək, Litva Silahlı Qüvvələrində həyata keçirilən islahatların təcrübə baxımdan əhəmiyyətini, beynəlxalq sülhyaratma əməliyyatlarına Azərbaycanın dəstəyini, ölkəmizin hər zaman terrora və separatçılığa qarşı qəti mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.

Hər iki görüşdə ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi mövzusu müzakirə edilərək, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.


Teqlər:





Xəbər lenti