“Avtoritet” Xədicənin qrant yalanı – FAKT

“Avtoritet” Xədicənin qrant yalanı – FAKT
  29 Avqust 2014    Oxunub:3033
“İndiyə kimi qrant almamışam, qrant almağa iddialı da deyiləm”.
Bu sözlər son günlər qrant qalmaqallarında tez-tez adı hallanan Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayıla məxsusdur.

O, indiyə kimi xarici donorlardan qrant almadığını desə də, bu iddialar heç də reallığı əks etdirmir. X.İsmayılın “qrant almağa iddialı deyiləm” söyləməsi də bir daha onun yalanını üzə çıxarmış oldu.

Qrant hərisi olmadığını sübut etməyə çalışsa da, X.İsmayılın adı nədənsə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda müstəqil medianın inkişafı üçün elan etdiyi 2,4 milyon dollarlıq qrant müsabiqəsinin əsas iddiaçıları sırasındadır.

Yəni, Xədicə İsmayıl ABŞ-ın ayırdığı 2,4 milyonluq müsabiqəyə layihə verərək, təşkilatdan qrant almaq niyyətindədir.

Göründüyü kimi, X.İsmayılın USAİD-in müsabiqəsində qoşumlası, sonra da “qrant almaq niyyətim yoxdur” deyə fikir irəli sürməsi gülüncdür.

X.İsmayıla sual verən lazım: Əgər qrant almaq istəmirsənsə, nə üçün müsabiqəyə qatılmısan?

Bu azmiş kimi, X.İsmayıl özünu bu sahədə avtoritet hesab etdiyini deyib:

“Azərbaycanda media sahəsində qrant ayıran təşkilatların əksəriyyəti gəlib məndən məsləhət alır - hansı sahəyə ayıraq, necə, kimlərlə işləyək deyə. Məsləhətləri pulsuz verirəm. İstədiniz, istəmədiniz, bu belədir - avtoritetəm bu sahədə”.

AzVision.az


Teqlər:  





Xəbər lenti