“Anamın ayağından öpürdüm” - Ərdoğan

“Anamın ayağından öpürdüm” - Ərdoğan
  24 Noyabr 2014    Oxunub:1652
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan qadın və kişilərin bərabərliyindən danışıb.
AzVision.az-ın məlumatına görə, prezident bildirib ki, qadınla kişi bərabər ola bilməzlər, onlar ancaq ədalət qarşısında eyni ola bilərlər.

“Qadınlar işləsin, kişilər çayxanada kart oynasın, olmaz”

Qadınlarla kişilər eyni işi görə bilməzlər. Kommunist rejimlərdə olduğu kimi əlinə beli ver işlə, bu olmaz. Anadoluda da bunu etdilər, qadınlar ikiqat qalıblar. Amma kişilər çayxanada kart oynayırlar, bu ola bilməz.

Cənnət anaların ayaqları altındadır. Mən anamın ayağını qoxlayırdım, ana ayağını çəkmə deyirdim. Amma bunu feministlərə başa sala bilməzsən. Onlar analığı qəbul etmirlər, amma biz bunları başa düşənə deyirik.

“Qadınların ehtiyacı eynilik yox ekvivalent olmaqdır”

Qadınların ehtiyacı nədir? Bəzən deyirlər ki, qadın kişi bərabərliyidir. Qadın-qadına, kişi-kişiyə bərabərlik doğrudur. Qadınların ədalət qarşısında bərabərliyə ehtiyacları var.

Qadın ilə kişinin bərabər olması fitrətə ziddir. Onların bünyələri fərqlidir. İş həyatında hamilə qadını kişi ilə eyni tuta bilməzlər. Uşağını əmizdirmək məcburiyyətində olan bir ananı bir kişi ilə eyni tutmaq olmaz. Qadınlara kişilərin gördükləri hər işi gördürmək olmaz.
Bizim dinimiz qadına bir məkan verib – analıq məkanı. Cənnəti anaların ayağının altına sərib, ataların yox. Ananın ayağının altı öpülür. Mən anamın ayağının altını öpərdim, anam nazlanardı, ayağını çəkmə ana deyirdim, orada cənnətin qoxusu var.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti