“Amburan Mall”da “CinemaPlus” kinoteatrı açılır - FOTOLAR

“Amburan Mall”da “CinemaPlus” kinoteatrı açılır - FOTOLAR
  30 İyun 2016    Oxunub:3908
“CinemaPlus” bu ilin iyulunda Xəzər sahilində müasir premium kinoteatrı açacaq.
AzVision.az-ın məlumatına görə, yeni kinoteatr Amburan Bilgəh qəsəbəsində “Amburan Mall” Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşir. "CinemaPlus Amburan" 164 yerdən və 3 zaldan ibarətdir. Kinoteatrın zalları İspaniya istehsalı olan yüksək keyfiyyətli rahat kreslolarla təchiz edilib. Həmçinin, “CinemaPlus Amburan" kinoteatrında Master İmage 3D texnologiyası tətbiq olunur.

Bundan əlavə, VİP zalda tamaşaçılar şəxsi masalı kreslolarda film izləmək, kinoseans zamanı qida və içkilər sifariş edə bilərlər.

Kinosevərlərə unudulmaz anlar və mükəmməl istirahət bəxş etmək yalnız bununla bitmir. Təbii ki, əla film izləmək və bu istirahətdən həzz almaq popkorn və sərin içkilərsiz mümkün deyil. Belə ki, burada rahat və xoş istirahət üçün geniş çeşidə malik popkorn, şəkər pambığı və buzlu alkaqolsuz kokteyllər də təklif olunur.

Qeyd edək ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə “CinemaPlus” kinoteatrının açılışı olub. Kinoteatr Nizami küçəsi, 8 ünvanında, “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir. Həmçinin, “CinemaPlus 28 Mall", Azadlıq prospekti, 45 ünvanında, "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Daha ətraflı məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8
https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

Eldar Tanrıverdiyev
AzVision.az
.

Qalereya




Teqlər:  





Xəbər lenti