“Allah məni yox, onları öldürsün...” – Xalq artisti qəzəbləndi

“Allah məni yox, onları öldürsün...” – Xalq artisti qəzəbləndi
  02 Mart 2015    Oxunub:4854
“Mənim haqqımda kim nə fikirləşir fikirləşsin, Allah onların özlərinə qismət eləsin. Kimki yalandan ölüm xəbərimi yayır, qoy Allah onları öldürsün, məni yox...”
Bunu AzVision.az-a açıqlamasında Azərbaycanın xalq artisti, tanınmış xanəndə Ağaxan Abdullayev deyib. Mətbuatda, sosial şəbəkələrdə ölüm xəbəri yayılan Xalq artisti qeyd edib ki, hazırda özünü əla hiss edir:

“Kim nə yazıb, öz başlarına gəlsin. Onlar ağızlarına nə gəlir yazırlar. Mənim barəmdə kim nə fikirləşir, Allah özlərinə qismət eləsin. Özümü əla hiss edirəm. Müalicəm artıq yekunlaşıb. İndi yaxşıyam. Axşam Allah qoysa, Muğam Müsabiqəsində münsif kimi iştirak edəcəyəm. Hər kəs baxsın”.

Qeyd edək ki, ötən gecə bəzi mətbuat orqanlarında A. Abdullayevin dünyasını dəyişməsi ilə bağlı xəbərlər yayılmışdı.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti