“ATƏT özünü ağsaqqal kimi aparmasın”

“ATƏT özünü ağsaqqal kimi aparmasın”
  20 Noyabr 2014    Oxunub:1551
“ATƏT öz mandatı daxilində fəaliyyət göstərsin. Mandatından kənara çıxmasın”.
AzVision.az xəbər verir ki, bunu YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, ATƏT ABŞ-da, Avropanın hər hansı bir ölkəsində hansı mandat çərçivəsində fəaliyyət göstərirsə, Azərbaycanda da həmin mandat daxilində fəaliyyət göstərsin:

“Azərbaycan müstəqillik qazandıqdan sonra ATƏT ilə səmimi əməkdaşlığa çalışıb. Lakin, dəfələrlə, istər seçkilər dövründə, istərsə də Azərbaycanla bağlı digər məsələlərdə ATƏT-in qeyri-obyektivliyini, ölkəmizin daxili işlərinə qarışmasını, Azərbaycan dövlətinin idarə olunasına özünün təsir mexanizmini göstərməsininin şahidi olmuşuq. Hesab edirəm ki, ATƏT özünü ağsaqqal kimi aparmasın”.

“Azərbaycan öz dövlətinin idarəetmə mexanizmini müəyyənləşdirib, rəhbərini seçib, dövlət strukturlarını formalaşdırıb. Bu xalqın dəyərləri ATƏT-in, ora yığışanların dəyərlərindən daha üstündür. ATƏT erməni helikopterinin düşdüyü Azərbaycan torpaqlarını neytral ərazi hesab edir. Budur da onların Minsk qrupu? Bu baxımdan məsələlərə yanaşma tərzlərində dəyişiklik olmalıdır. Hesab edirəm ki, ATƏT gələcək fəaliyyətlərində qeyd etdiyimiz məsələləri nəzərə almalıdır”,-deyə S.Novruzov vurğulayıb.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti