“ASAN Məktub”la arzular reallaşdı

“ASAN Məktub”la arzular reallaşdı
  01 Dekabr 2015    Oxunub:7885
ASAN Könüllülərinin “ASAN Məktub” layihəsi fəaliyyətə başladığı gündən etibarən cəmiyyət tərəfindən böyük maraqla qarşılanıb. Beləki, layihə çərçivəsində www.asanmektub.azsaytında yerləşdirilən vəsosial cəhətdən həssas qruplara aid uşaqların arzu, istəklərini əks etdirən 128 məktubdan 123-ü qısa müddət ərzində öhdəliyə götürülüb.
Layihədə “ASAN Qasid” kimi çıxış edən ASAN Könüllülərinin köməkliyi ilə öhdəçi vətəndaşlardan təhvil alınan 24 hədiyyəartıq sosial qayğıya ehtiyacı olan uşaqlara çatıdırılıb və 24 vətəndaşa hədiyyələrin çatdırılması ilə bağlı fotoşəkilləre-poçt və digər əlaqə vasitələri ilə göndərilib.

Öhdəçiliyə alınan 45 məktubun hədiyyələri isə həftə ərzində öz sahiblərinə çatdırılması nəzərdə tutulub. Qeyd edək ki, hədiyyələr öhdəçi vətəndaşlardan onlara uyğun zamanda və uyğun məkanda təhvil alınaraq sahiblərinə çatdırılır.

“Uşaqlara ASAN sevgi” şüarı ilə həyata keçirilən “ASAN Məktub” layihəsinin əsas məqsədi heç bir maddi qazanc güdmədən 14 yaşadək sosial qayğıya ehtiyacı olan uşaqların arzu və istəklərini həyata keçirməkdir.

Siz də www.asanmektub.azsəhifəsindən cavabınızı gözləyən məktubu öhdənizə götürməklə uşaqların sevincinə sevinc qata bilərlərsiniz.

AzVision.az


Teqlər:





Xəbər lenti