“ABŞ Azәrbaycanla әlaqәlәrin güclәndirilmәsini istәyir” - Sekuta

“ABŞ Azәrbaycanla әlaqәlәrin güclәndirilmәsini istәyir” - Sekuta
  03 İyul 2015    Oxunub:2117
"ABŞ Azәrbaycanla әlaqәlәrin güclәndirilmәsini istәyir vә bu istiqamәtdә işlәyir".
Bu sözlәri ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta ABŞ-Azәrbaycan münasibәtlərini necә qiymәtlәndirirsiniz?” sualını cavablandırarkәn deyib. Onun sözlәrinә görә, müәyyәn mәsәlәlәr var ki, onların üzәrindә iş aparılır: "Birlәşmiş Ştatlar güclü, çiçәklәnәn, pozitiv, demokratik Azәrbaycan görmәk istәyir. Bizim әlaqәlәrimiz bir neçə istiqamətdə davam edir. Bunlar iqtisadiyyatın inkişafı, tәhlükәsizlik, qanunun aliliyi vә insan haqları sahәlәridir. Hər iki ölkә dünyamızda olan bütün çağırışlara cavab vermәk üçün birgә işlәmәkdә vә әmәkdaşlıqda maraqlıdır".

Robert Sekuta qeyd edib ki, o, müntəzəm olaraq Azərbaycandakı tərəfdaşlarla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irәlilәyişin әldә edilmәsi ilә bağlı danışıqlar aparır. “Eyni zamanda ATӘT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlikdə öz hәmkarları ilә bu istiqamәtdә iş aparır. Bu yaxınlarda yeni müzakirәlәr olub. Bölgәyә sәfәr etmә imkanları nәzәrdәn keçirilir. Әsas mәqsәd iki ölkәnin prezidentlәrini bir araya gәtirmək vә münaqişәni ölü nöqtәdәn, yәni hazırki vәziyyәtdәn çıxarmaqdan ibarətdir". (Apa)


Teqlər:





Xəbər lenti