“AA” seriyalı maşının sürücüsü həbs edildi

“AA” seriyalı maşının sürücüsü həbs edildi
  28 Noyabr 2014    Oxunub:1992
Abşeron polisi piyadanı vurub qaçan sürücünü saxlayıb.

Avtosfer.az saytının verdiyi məlumata görə, hadisə dünən saat 21:30-da Masazır qəsəbəsi ərazisində baş verib.

Qəsəbənin Əliağa Vahid küçəsində yaşayan 1978-ci il təvəllüdlü Aydın Abdullayevi naməlum şəxs maşınla vuraraq aradan çıxıb.

Qəzada müxtəlif dərəcəli xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.

Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, aparlan əməliyyat axtarış tədbirləri nəticəsində sürücünün kimliyi müəyyənləşdirilib və "Qurtuluş" yaşayış massivində yaşayan 1984-cü il təvəllüdlü Nəsir İslam oğlu Quliyev saxlanılıb.

O, hadisəni özünə məxsus "Honda" markalı 01 AA 541 nömrə nişanlı avtomobillə törədib. Sürücü bu gecə həbs olunub.


Teqlər:





Xəbər lenti