“20 Yanvar” dairəsi sabah açılır

“20 Yanvar” dairəsi sabah açılır
  20 Noyabr 2014    Oxunub:1388
Nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.
AzVison.az xəbər verir ki, paytaxtın “20 Yanvar” dairəsində aparılan təmir işləri bu axşam başa çatdırılacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti noyabrın 21-də səhər saatlarından etibarən bərpa ediləcək.

Qeyd edək ki, noyabrın 19-da başlamış təmir işləri ilə əlaqədar “20 Yanvar” dairəsinə giriş müvəqqəti bağlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti