“... Ailəmlə birgə Bakıda yaşayacam” - Prosineçki

“... Ailəmlə birgə Bakıda yaşayacam” - Prosineçki
  25 Noyabr 2014    Oxunub:1426
Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizəd olan Robert Prosineçki bu gün Premyer Liqanın 13-cü turunun “Xəzər-Lənkəran” - “Neftçi” görüşünü izləyib.
AzVision.az-ın sportpress.az saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisində işləmək perspektivindən danışan xorvat mütəxəssis bir neçə gün Bakıda olacağını deyib.

“AFFA tərəfindən irəli sürülən şərtlər maraqlıdır. Onlarla tanışam. Bu gün çox maraqlı oyun izlədim. Hər iki komanda yaxşı təsir bağışladı. Əlbəttə, hər bir matçda dörd qırmızı vərəqə olmur. Nadir hallarda bir oyunda dörd futbolçu meydandan qovulur. Azərbaycan millisiylə bağlı konkret nəsə söyləyə bilmərəm. Həftəsonuna qədər çox şeyə aydınlıq gəlməlidi. Ona görə gəlin tələsməyək. Şərtlərlə tanışam. Razılaşsaq, ailəmlə birgə Bakıda yaşayacam”.

O, daha sonar deyib: “Avro-2016”nın Xorvatiya - Azərbaycan görüşünü izləmişəm. Həmin oyunda Xorvatiya 6:0 hesablı qələbə qazanıb. Bununla belə, Azərbaycan millisinin potensialı var. Hesab o demək deyil ki, komandanız inkişaf edə bilməz. Potensial var, sadəcə işləmək lazımdır. Unutmayaq ki, Xorvatiya çox güclü komandadır. Ona görə hesab böyük olub”.


Teqlər:  





Xəbər lenti