​MSK seminar keçirəcək

​MSK seminar keçirəcək
  06 May 2016    Oxunub:1073
Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə birgə “Seçki hüquqlarının müdafiəsi” mövzusunda seminar keçirəcək.
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, mayın 7-də keçiriləcək seminarda 90 saylı Ağdaş seçki dairəsinin dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin iştirakı nəzərdə tutulur.

Seminarda MSK və Ombudsman Aparatının nümayəndələri tərəfindən əsas insan hüquq və azadlıqlarının tərkib hissəsi olan seçki hüququnun pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında baxılmasına dair müxtəlif mövzularda çıxışlar ediləcək, təqdimatlar və müzakirələr aparılacaq.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti