20:58 14.02.2013 2028
Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT), 6 və 7 saylı cəzaçəkmə müəssisələrində araşdırmalar aparıblar. Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, BİT-də saxlanılan bir neçə şəxslə, o cümlədən Tofiq Yaqublu, İlqar Məmmədov, Nigar Yaqublu ilə saxlanıldıqları kameralarda söhbət aparıb, onların saxlanılma şəraiti araşdırılıb. Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının rəftarından narazılıq etməyiblər.
Eyni zamanda İ.Məmmədovun qeyd etdiyi bəzi məsələlər aydınlaşdırılıb, həmin məsələlər yerində həll olunub.
T.Yaqublu və İ.Məmmədov təqsirləndirildikləri maddələr üzrə özlərini təqsirli bilmədiklərini, hüquqlarını müdafiə edən vəkilləri ilə görüşdə problem olmadığını, qanunvericiliyin tələblərinə uyğun həftədə iki dəfə ailələri ilə telefonla danışıq üçün şərait yaradıldığını qeyd ediblər.
6 və 7 saylı cəzaçəkmə müəssisələrinə başçəkmə zamanı bir neçə məhkum təklikdə, konfidensial qaydada qəbul edilib, müraciətləri dinlənilib, onlara hüquqları izah olunub.
Adı çəkilən müəssisələrin rəhbərliyinə müvafiq tövsiyələr verilib.
12:17 09/04/2024
17:15 05/02/2024
09:22 16/01/2024
16:17 10/01/2024
08:26 19/12/2023
15:45 16/12/2023
15:50 05/12/2023
11:22 25/09/2023
17:09 04/09/2023
14:27 14/07/2023
17:35 05/05/2023
16:39 04/05/2023