İmtahanlarda dəyişiklik olmayacaq

20:11     14.02.2013     1613

Bu il Azərbaycanın orta məktəblərində mərkəzləşmiş buraxılış imtahanları ötən ilki qaydalar əsasında keçiriləcək. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşündə deyib.

Hələ Nazirlər Kabineti tərəfindən buraxılış imtahanlarına dair yeni qaydalar təsdiq olunmadığını deyən TQDK rəsmisi layihənin Təhsil Nazirliyi və TQDK arasında hazırlandığını vurğulayıb. "Hələlik ortaq variant olmadığından ötən ilki qaydalar təsdiq edilib".

"Bu il də buraxılış imtahanlarında testlər və yazı işləri olacaq. Gələn ildən başlayaraq yazı işlərinin nəticələri buraxılış imtahanlarının yekun qiymətləndirilməsində nəzərə alınacaq. Bu il isə buraxılış imtahanları ötən ilki qaydalara əsasən keçiriləcək”.

Digər videolar