Sevgi 44 min dollara başa gəlir

18:56     14.02.2013     1760

Kanada araşdırmaçıları “Müqəddəs Valentin” günü ərəfəsində, eləcə də ilk tanışlıqdan toya kimi sevgililərin biri-birlərinə nə qədər pul xərclədiklərini öyrənmək qərarına gəliblər. Məlum olub ki, sevgililərin xərclədiyi məbləğ 44 min ABŞ dolları təşkil edir.
Belə ki, tanışlıqlarının ilk bir ili ərzində cütlüklər əyləncə, güllər və yeni paltarlar üçün orta hesabla 7 min dollar xərcləyirlər. Nişan üçün təqribən 10 min dollar lazımdır ki, bunun da üçdə bir hissəsi brilyant qaşlı üzüyün payına düşür. 2 min dolarlıq gəlin paltarı, 5.4 min dollarlıq bal ayı da daxil olmaqla Kanadada toy isə orta hesabla 22 min dollara başa gəlir.

Digər videolar