İran MAQATE ilə qismən razılaşdı

16:54     14.02.2013     2001

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri ilə İran təmsilçilərinin Tehranda keçirilən növbəti görüşü də ciddi nəticə əldə edilmədən başa çatıb. Tərəflər İranın mübahisəli atom-nüvə proqramı ilə bağlı danışıqları davam etdirmək qərarına gəliblər.
İranın MAQATE-dəki daimi nümayəndəsi Əli Ələsgər Soltaninin sözlərinə görə, razılaşma mətnindəki bəzi maddələr üzrə anlaşılmazlıq aradan qaldırılıb.
Bununla yanaşı, qurumla keçiriləcək növbəti görüş barəsində əlavə məlumat verilməyib.

Digər videolar