Dostunu baltaladı

16:28     11.02.2013     2358

Rayon Polis İdarəsindən verilən məlumata görə, A.Abbasov küçəsində Lənkəran şəhər sakini Taleh Bağırov dostu olan Gürcüstan vətəndaşı Əlləz İsmayılova başından balta ilə xəsarət yetirib. O, Əlləzə başından 4 zərbə endirib. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları T.Bağırovu tutublar. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Digər videolar