Paralimpiadada ilk qızıl medalı qazandıq - Yenilənib

Paralimpiadada ilk qızıl medalı qazandıq - Yenilənib
  10 Sentyabr 2016    Oxunub:2633
Azərbaycan cüdoçusu Ramil Qasımov Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarının qalibi olub.

İdmançımız final görüşündə Ukrayna cüdoçusu Dmitri Solovey üzərində təmiz qazanıb. Bununla da Azərbaycan yığması Paralimpiadada ilk qızıl medalını qazanıb.

***

Azərbaycan cüdoçusu Ramil Qasımov (73 kq) “Rio-2016” XV Yay Paralimpiya Oyunlarındakı ilk görüşündə Kuba təmsilçisi Gerardo Rodriqezini məğlub edib.

AzVision.az xəbər verir ki, Ramil Qasımov növbəti mərhələdə Almaniya təmsilçisi Nikolay Kornhassa qalib gələrək finala yüksəlib.

Qızıl medal uğrunda görüşdə cüdoçumuz Ukrayna cüdoçusu Dmitri Solovey ilə üz-üzə gələcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti