Azərbaycanda kişilər internetdən daha çox istifadə edir

 Azərbaycanda kişilər internetdən daha çox istifadə edir
  02 Sentyabr 2016    Oxunub:1973
Azərbaycanda internetdən daha çox kişilər istifadə edir.
AzVision.az xəbər verir ki, bu barədə "Report"a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Məlumata görə, ötən il ölkədə internetdən istifadə 77 faiz təşkil edib.

Məlumata görə, ölkədə qadınların 72 faizi, kişilərin isə 78 faizi internetdən istifadə edir.

Qeyd edək ki, beş il öncə - 2010-cu ildə Azərbaycanda əhalinin cəmi 46 faizi internetdən istifadə edib. Həmin il qadınların 36,5, kişilərin 55,6 faizi internet istifadəçisi olub.

AzVision.az




Teqlər:





Xəbər lenti