`İcazəsiz mitinqlərin keçirilməsinə imkan verilməyəcək` - Nazir müavini

`İcazəsiz mitinqlərin keçirilməsinə imkan verilməyəcək` - Nazir müavini
  18 Avqust 2016    Oxunub:5556
“Referendum zamanı ictimai asayişin qorunması üçün daxili işlər orqanları tərəfindən bütün tədbirlər görüləcək”.

AzVision.az xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

O, vurğulayıb ki, referendum ərəfəsində icazəsiz yürüşlərin, mitinqlərin, piketlərin keçirilməsinə imkan verilməyəcək: “Ümumiyyətlə, bu işə xələ gətirmək istəyənlərə imkan tanınmayacaq. Qeydə alınmış təşviqat qrupları isə öz təşviqatlarını aparacaqlar. Referendum günü isə seçki prosesinə xələl gətirmək istəyənlərin qarşısını almaq üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq. Əgər bu kimi hallar baş verərsə, polis əməkdaşları DSK-nın çağırışından 10-15 dəqiqı sonra orada olacaq”.

O.Zalov qeyd edib ki, təşviqat qruplarının qeydə alınması üçün imzaların toplanması zamanı hüquq mühafizə orqanları qarşıya çıxan problemlıər yerindəcə aradan qaldırır: “Bəzi problemlır meydana çıxır. Biz bu məsələləri aradan qaldırırıq. Bu gün isə ciddi heç bir problem yoxdur”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti