Əhalinin ərzaq xərci - 7 ayda 8 milyard manat

Əhalinin ərzaq xərci - 7 ayda 8 milyard manat
  17 Avqust 2016    Oxunub:1810
2016-cı ilin yanvar-iyul aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 16 milyard 169,5 milyon manatlıq istehlak malları alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2% çoxdur.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, hesabat dövründə əhali ticarət obyektlərindən 7 milyard 997,8 milyon manatlıq ərzaq (2015-ci ilin yanvar-iyul ayları ilə müqayisədə artım 2,8%), 8 milyard 171,7 milyon manatlıq qeyri-ərzaq malları (artım 0,6%) alıb.

Yanvar-iyul aylarında Azərbaycan əhalisinə 4 milyard 36,7 milyon manat məbləğində xidmət göstərilib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 1,1% çoxdur.

Bununla yanaşı, bütün xidmətlərin 73,7%-i və ya 2 milyard 978,8 milyon manatlıq xidmət hüquqi şəxslər tərəfindən göstərilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti