`Yanan bina`da yenidən yanğın oldu

`Yanan bina`da yenidən yanğın oldu
  16 Avqust 2016    Oxunub:2479
Bakının Binəqədi rayonunda ötən il mayın 19-da yanğın baş vermiş 16 mərtəbəli yaşayış binasında yenidən yanğın hadisəsi baş verib.
Dərhal hadisə yerinə 4 yanğınsöndürən maşın və polis əməkdaşları gəlib.

Yanğının binanın 15-ci mərtəbəsində, mənzil 26 ünvanında baş verdiyi bildirilir. Hadisəyə mənzildəki paltaryuyan maşında baş verən qısaqapanmanın səbəb olduğu deyilir.

Yanğın bu gün saat 20.00 radələrində baş verib. Hadisə vaxtı mənzil sahibi evdə olmayıb.

Yanğın artıq söndürülüb. (Trend)

AzVision.az


Teqlər:  





Xəbər lenti