Şoyqu Bakıda Həsənovla nəyi müazkirə etdi? - Yenilənib

Şoyqu Bakıda Həsənovla nəyi müazkirə etdi? - Yenilənib
  15 Avqust 2016    Oxunub:4115
Xəzər dənizində təhlükəsizlik və etimad tədbirləri sisteminin qurulması ilə bağlı Azərbaycanla dialoqun fəallaşmasını gözləyirik. Düşünürük ki, bu ilin payızında Moskvada keçiriləcək hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası da müsbət nəticələr verəcək.
AzVision.az xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Azərbaycan və Rusiya müdafiə nazirlərinin Bakıdakı görüşünün yekunlarına dair açıqlamasında deyib.

O, əlavə edib ki, Rusiyada Azərbaycan Silahlı Qüvvələri üçün hərbi kadrların hazırlanması işi uğurla davam edir: “ Hazırda Rusiya Müdafiə Nazirliyinin təhsil müəssisələrində 65 azərbaycanlı hərbçi ödəniş etmədən təhsil alır. Bu il daha 88 hərbçi qəbul edəcəyik”.

Nazir müavini həmçinin bildirib ki, Rusiyanın Moskva vilayətində keçirilən Beynəlxalq Hərbi Oyunlar çərçivəsində “Tank biatlonu” yarışlarında Azərbaycan tankçıları layiqincə çıxış ediblər: “Bundan başqa Rusiya müdafiə naziri Serqey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovu bu ilin noyabr ayında Moskvada keçirilməsi planlaşdırılan MDB ölkələrinin müdafiə nazirlərinin toplantısına və “Armiya-2016” forumunda qonaq kimi iştirak üçün dəvət edib”.

**

Bakıda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşü zamanı iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq, eləcə də Xəzər regionunun təhlükəsizliyi məsələlərini müzakirə edib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, görüşdə həmçinin regionda və Yaxın Şərqdə təhlükəsizliklə bağlıl vəziyyəti müzakirə edilib.

“Eyni zamanda təhlükəsizlik üzrə birgə işlər baxımından Xəzər dənizində əməkdaşlıq məsələləri müzakirə edilib. Ümid edirəm ki, ötən il hazırladığımız plan və proqramlar tam şəkiləd həyata keçiriləcək”, - deyə rusiyalı nazir qeyd edib.

Z.Həsənov isə öz növbəsində deyib ki, S.Şoyqunun səfəri Azərbaycanla Rusiya arasında hərbi və hərbi-texniki əməkdaşlıq baxımından böyük əhəmiyyət kəsb edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti