İkiqat Olimpiya çempionundan gözlənilməz evlilik təklifi

İkiqat Olimpiya çempionundan gözlənilməz evlilik təklifi
  15 Avqust 2016    Oxunub:3067
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunları zamanı maraqlı hadisə qeydə alınıb.
AzVision.az xəbər verir ki, çinli idmançı, suyatullanma üzrə ikiqat Olimpiya çempionu Tsin Kay Rioda sevgilisinə evlənmə təklifi edib.

Üçmetrlik tramplindən tullanma üzrə yarışın qaliblərinin mükafatlandırılması mərasimi zamanı Tsin Kay gümüş medalçı Xe Çzı qarşısında diz çökərək ona evlilik təklifi edib. Bu təklif qarşısında göz yaşlarını saxlaya bilməyən Xe Çzi təklifi də qəbul edib.

AzVision.az


Teqlər:





Xəbər lenti