Türkiyədə 100-ə yaxın kəşfiyyatçı işdən çıxarıldı

Türkiyədə 100-ə yaxın kəşfiyyatçı işdən çıxarıldı
  19 İyul 2016    Oxunub:3404
Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) ölkədə hərbi çevriliş cəhdi ilə əlaqədar 100-ə yaxın əməkdaşı işdən kənarlaşdırılıb.
AzVision.az “Habertürk”-ə istinadən xəbər verir ki, işdən kənarlaşdırılan MİT işçiləri ehtiyat olublar.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbçilər tərəfindən dövlət çevrilişinə cəhd olunub. Hadisə nəticəsində 208 nəfər ölüb, 1491 nəfər yaralanıb.

Məlum hadisədən sonra bütün dünyanın diqqəti Türkiyəyə yönəlib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti