Bölgələrdəki dönərxanalar yoxlanılacaq

Bölgələrdəki dönərxanalar yoxlanılacaq
  01 Avqust 2013    Oxunub:1075
Yaxın bir neçə gündə dönərxanalarda yoxlamalar başlanılacaq.
Bu barədə AzVision.az-açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev deyib.

Şöbə rəhbəri bildirib ki, rayonlardakı dönərxanaların yoxlanılması üçün də göstəriş verilib: “Bu həftənin sonunda yoxlama əməliyyatına başlayacağıq. Yoxlama bitdikdən 10 gün sonra nəticələr barədə mətbuata açıqlama veriləcək”

Qeyd edək ki, bir müddət əvvəl Bakının Müşfiqabad qəsəbəsində dönərxanalara və iaşə obyektlərində əhaliyə satış məqsədli gətirilən at və eşşək əti aşkarlanıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti