Bu ölkədə qohumlarla evlənmək qadağan edildi

Bu ölkədə qohumlarla evlənmək qadağan edildi
  01 İyul 2016    Oxunub:2971
Tacikistanda yaxın qohumlar arasında nikaha girmək qadağan olunub.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması” qanununa edilən düzəlişə əsasən 1-ci dərəcəli qohum evlilikləri bundan sonra qadağan edilir. Bundan əlavə, nikaha girməzdən öncə gənclər pulsuz tibbi müayinədən keçəcəklər. VVAQ orqanları isə tibbi arayış olmadan nikah mərasimini təşkil edə bilməyəcəklər”, - deyə məlumatda bildirilir.

Bundan başqa, xaricdən vətənə qayıdan tacik miqrantlar mütləq qaydada tibbi müayinədən keçməlidirlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti