Sarkisyan baş kəşfiyyatçını işdən qovdu

Sarkisyan baş kəşfiyyatçını işdən qovdu
  22 İyun 2016    Oxunub:2599
Ermənistanda yüksək rütbəli məmurların istefaya göndərilməsi prosesi davam edir.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, prezident Serj Sarkisyanın sərəncamı ilə Qareqin Mxitaryan Milli Təhlükəsizlik İdarəsinin (MTİ) direktoru müavini, Baş kəşfiyyat idarəsinin rəisi vəzifəsindən istefaya göndərilib.

Ermənistan prezidentinin digər sərəncamı ilə MTİ-nin direktor müavini postuna Stepan Melkonyan gətirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti