Türkiyədə turizm çökür - Rusların yeri məlum

Türkiyədə turizm çökür - Rusların yeri məlum
  22 İyun 2016    Oxunub:3429
Türkiyə turizmi bu il tarixin ən pis vaxtlarını yaşayır.
AzVision.az Türkiyə mətbuatına istinadən bildirir ki, Antaliyaya 1-16 iyun tarixlərində gələn turist sayı ötən ilin eyni vaxtı ilə müqayisədə 60 faiz azalıb.

Turistlərin sayının azalması Rusiya ilə əlaqələndirilir. Qeyd edilir ki, rusların Antaliyaya gəlməməsi Türkiyənin tuzim sektorunu pis vəziyyətə salıb.

Statistikaya əsasən rusların Türkiyəyə gəlişində 90 faiz, almanların gəlişində isə 30 faiz azalma var. Buna səbəb kimi son vaxtlar Türkiyədə ard-arda yaşanan terror hadisələri, siyasi hadisələr qeyd edilir.

Avropa və Rusiyanın əksinə olaraq qonşu ölkələr, Yaxın Şərq ölkələrindən Antaliyaya gələn turistlərin sayında nisbətən artım müşahidə edilir.

Azərbaycandan istirahət üçün Antaliyaya gedən turistlərin sayı 48 faiz artıb. Belə ki, 16 gün ərzində Antaliyaya 1330 azərbaycanlı gedib. Özbəkistandan 3 faiz artımla 796 nəfər, Səudiyyə Ərəbistanından 51 faiz artımla 515 nəfər, Gürcüstandan 70 faiz artımla 1143 nəfər istirahət üçün Antaliyaya gedib.

Buna baxmayaraq, Türkiyə turizmi ən ağır günlərini yaşayır.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti