Ötən günün ən mühüm xəbərləri - Nələr oldu?

Ötən günün ən mühüm xəbərləri - Nələr oldu?
  16 İyun 2016    Oxunub:2176
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? İyunun 15-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

2107 müəllim imtahana çəkiləcək

Sabah Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanlarına başlanılacaq.



Sabiq nazir 8,5 milyon dolları basdırarkən tutuldu

Argentinanın sabiq ictimai işlər naziri Xose Lopes monastırın ərazisində 8,5 milyon dolları basdırarkən polis tərəfindən saxlanılıb.

***

Bu il 856 şagird niyə XII sinfi bitirib? - Rəsmi

Bu il ümumi təhsil müəssisələrinin IX siniflərini 110222, XI siniflərini 88591, XII sinifləri isə 856 şagird bitirib. 12 illik təhsil sisteminə tam keçilmədiyi bir zamanda 856 şagirdin 12-ci sinifi bitirməsi diqqət çəkib.

***

Neftin ucuzlaşması Ermənistanı da çökdürür

Dünya birjalarında neftin ucuzlaşması davam edir. Son 6 gündə neft 6,5%-dən çox ucuzlaşıb. Bu dövr ərzində “Brent” markalı neftin həcmi 52,73 dollardan 49,25 dollara düşüb.



Azadlığa qovuşdular - FOTOLAR

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin mayın 2-də keçirilən iclasında qəbul edilmiş amnistiya aktının icrasına başlanılıb.

***

`Azərbaycanla əməkdaşlığımız yüksək səviyyədədir` - Şoyqu

Moskvada Rusiya və Azərbaycan müdafiə nazirləri arasında görüş keçirilib.

Erməni və rus generallar Qarabağı müzakirə etdi

Ermənistanın müdafiə nazirinin birinci müvini David Tonoyan Moskvada Rusiya müdafiə nazirinin müavini Anatoli Antonovla görüşüb.

***

`Son zəng`də qan töküldü - İki nəfər qıza görə bıçaqlandı

Gədəbəydə “Son zəng” şənliyində iki nəfər bıçaqlanıb.

***

Məktəbli formaları bahalaşdı - Yeni qiymətlər

“Sabahdan etibarən Bakı Tikiş Evində məktəbli formaların tikilməsinə başlanılacaq”. Bu barədə Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyib.

***

Erməni deputat: `Rus hərbçiləri Ermənistandan çıxarılmalıdır`

Rusiya Ermənistanla 200 milyonluq silah satışı müqaviləsini tam şəkildə reallaşdırmaq niyyətində deyil. Bunu erməni deputat, “İrs” partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postancyan bildirib.



Həmməruzəçilər prezidentin qəbulunda - Qarabağdan danışıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

***

Azərbaycanda Yusiflər və Zəhralar çoxalır

2016-ci ilin əvvəlindən Azərbaycanda dünyaya gələn uşaqlara ən çox qoyulan adlar sırasında Yusif və Zəhra liderlik edir.

***

`Belə getsə, ABŞ-la sazişi yandıracağam`- Xamenei

Əgər ABŞ-ın növbəti prezidenti nüvə razılaşmasını pozsa, İran bu sənədi yandıracaq. Bunu İranın Ali Dini lideri Ayətullah Əli Xamenei söyləyib.



Alonso Bakıda xalça toxudu, velosiped sürdü - FOTOLAR

“Formula-1” üzrə ikiqat dünya çempionu, "McLaren Honda" komandasının heyətində yarışan və Avropa Qran-prisinin rəsmi elçisi Fernando Alonso “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətin “Sehirli ilmələr” qalereyasında olub.

***

Deputatlar arasında dava düşdü - VİDEO

Ukrayna Ali Radasında deputatlar arasında dava olub.

***

Moskva Ərdoğanın barışıq mesajına cavab verdi

"Moskva Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyir. Amma Vladimir Putin açıq dedi ki, Türkiyə bəzi şərtlərə əməl etmədən bu mümkün deyil". Peskov Rəcəb Tayyib Ərdoğanın Rusiya günü münasibəti ilə rusiyalı həmkarı Putinə göndərdiyi məktubu şərh edib.

***

İran səfiri deputatların etirazına münasibət bildirdi

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan Milli Məclisində İran haqqında səslənən fikirlərə münasibət bildirib.

***

Bu gün 350 məhbus azadlığa buraxılıb

Amnistiya aktı bu gün 350 məhbusa şamil edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

***

Lavrov Qarabağ münaqişəsinin həllindən danışdı

MDB məkanında bütün münaqişələr yalnız sülh, siyasi-diplomatik və ya digər qeyri-hərbi yolla həll olunmalıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dumadakı çıxışında bildirib.

***

`Qarabağ Azərbaycanındır` - Erməni müğənni

“Dağlıq Qarabağ Azərbaycana məxsusdur”. Bunu Ermənistanın “Eurovision 2016”-dakı təmsilçisi İveta Mukuçyan Yunanıstanda olarkən yerli KİV-ə verdiyi müsahibəsində deyib.



Dünya ulduzları Bakıya gəlir - FOTOLAR

İyunun 17-19 tarixlərində Bakıda keçirirləcək “Formula-1 Avropa Qran-Pri” yarışları çərçivəsində möhtəşəm tədbirlər təşkil ediləcək.

***

Rusiya Fransaya xəbərdarlıq etdi: Səfir XİN-ə çağırıldı

Slovakiya ilə oyunu izləmək üçün Marseldən Lillə gedən rusiyalı azarkeşlərin olduğu avtobusu saxlanılıb.

***

Ermənistanın eks-baş naziri: `Dövləti dağıdırlar...`

Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyan bildirib ki, ölkəsi inamla defolta doğru gedir.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti