Sarkisyanın yalanları Bakıda ifşa oldu - Xronika

Sarkisyanın yalanları Bakıda ifşa oldu - Xronika
  04 İyun 2016    Oxunub:3248
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? İyunun 3-də nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:


Ermənistan ordusu itki verdi

Ermənistan ordusu növbəti dəfə itki verib.

***

Yıldırım Bakı səfərindən öncə Merkel və Sarkisyana ciddi mesajlar verdi

Türkiyənin baş naziri Binalı Yıldırım Azərbaycana səfərindən öncə Əsənboğa hava limanında mətbuat konfransı keçirib.

***

İlham Əliyev qurultayda - Yenilənib

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı başlayıb.

***

Uorlik Nalbandyanla görüşdü: `Əla müzakirələrimiz oldu`

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.



Prezident azərbaycanlı iş adamlarına çağırış etdi

“Bu gün ölkəmizin həyatında çox əlamətdar gündür. Dünya azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının rəhbərləri Azərbaycanda, Vətəndədirlər. Bütün azərbaycanlıları təbrik edirəm”. Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında deyib.

***

Sarkisyan bir cümlədə dörd yalan danışır- İlham Əliyev (Video)

“Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, Qarabağ tarixi torpaqlarımızdır, ermənilər 19-cu əsrin sonlarında Qarabağa, digər Azərbaycan torpaqlarına Şərqi Anadoludan, İrandan köçürülüb. Hətta Qarabağda ermənilərin köçürülməsinin 150 illiyi ilə bağlı abidə vardı. Ermənistan ərazisi də tarixi Azərbaycan torpağıdır, toponimləri sonradan dəyişdirdilər”. Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında deyib.

***

`Həkimdən çox bilməyəcəksən ki?` - Hamilə qadının ölüm səbəbi

Gəncə şəhərində hamilə qadın əməliyyat zamanı dünyasını dəyişib.

***

Vizaların ASANlaşması: Turizm üçün `yaşıl işıq` yandırıldı

İyunun 1-də Azərbaycan prezidenti İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb.



Ordumuzun Qarsdakı təlimindən görüntülər - FOTOLAR

Qarsda Azərbaycan və Türkiyə silahlı qüvvələrinin iştirakı ilə keçirilən birgə təlimin görüntüləri yayılıb.

***


`Azərsu`da maaşlar gecikdirilir? - Açıqlama

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində maaşların iki aydır verilməməsi ilə bağlı yayılan xəbərlər tamamilə yalandır. Bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

***

Əliyevlə Sarkisyanın görüşü haqda Açıqlama

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü barədə hələlik dəqiq məlumat yoxdur. Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

***

Məmmədyarov və Nalbandyan razılığa gəlib - Bəyanat

“Nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə sadiq olduqlarını bir daha təsdiq etdilər”. Bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin mayın 31-də Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və iyunun 2-də isə Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşlərinin yekunu ilə bağlı yaydıqları bəyanatda bildirilir.

***

ABŞ-da seçki qalmaqalı: `Klinton həbs olunacaq`

“Əgər milyarder və respublikaçı Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlsə, bu Kremldə sevinclə qarşılanacaq”. Bunu ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd olan keçmiş dövlət katibi Hilari Klinton bildirib.

***

DİN-dən çörək oğurlayan uşaqla bağlı Açıqlama

Daxili İşlər Nazirliyi Cəlilabadda 12 yaşlı uşağın çörək oğurluğu üstündə həbs edilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

***

Ruhani və Putin Azərbaycana gələcək

Bu ilin ikinci yarısında Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda görüşünə hazırlıq görülür.



İlham Əliyev Binəli Yıldırımı qarşıladı - FOTOLAR (VİDEO)

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın iyunun 3-də rəsmi qarşılanma mərasimi olub.

***

Sarkisyanı sevindirən türk deputat: `Qarabağ problemi həll olunardı...`

Almaniyada qəbul edilən qondarma “erməni soyqırımı” layihəsinin müəllifi, Yaşıllar Partiyasının türk əsilli həmsədri Cem Özdəmir haqqında səslənən ittihamlara cavab verib.

***

Erməni idmançılar Bakıya gəlməkdən imtina etdilər

İyunun 16-dan 25-dək Bakıda keçiriləcək boks üzrə Dünya Olimpiya Təsnifat Turnirində Ermənistan millisinin iştirak etməyəcəyi dəqiqləşib.

***

`Bu, analoqu olmayan, tarixi hadisədir` - Komitə sədri

“Magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı dəyişiklik “Elm haqqında” qanun layihəsinin üçüncü oxunuşunda əksini tapacaq”. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.



Prezident Binəli Yıldırımla təkbətək görüşdü - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 3-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə təkbətək görüşü olub.

***

`Onlara satqın və şərəfsiz deyəcəyəm` - Deputat

Milli Məclisinin deputatı Fazil Mustafa Almaniya Bundestaqında qondarma “erməni soyqırımı”nın tanınmasının lehinə səs verən türk əsilli deputatlara qəzəblənib.

***

`Türkiyə-Azərbaycan birliyini gücləndirməliyik` - Prezident

"Məqsədimiz Türkiyə-Azərbaycan birliyini daha da güclü etmək və möhkəmləndirməkdir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyənin Baş naziri Binəli Yıldırımla geniş tərkibli görüşündə deyib.

***

Əliyevlə Merkel Qarabağı müzakirə edəcək

Almaniya kansleri Angela Merkel iyunun 7-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

***

İlham Əliyev Almaniyaya etiraz etdi: `Bu, siyasi sifarişdir` (Video)

Almaniya Bundesqatının qəbul etdiyi qərar ədalətsiz qərardır və bu, siyasi sifarişdir. Bunu Prezident İlham Əliyev Bakıda Türkiyənin baş naziri Binəli Yıldırımla keçirdiyi mətbuat konfransında deyib.

***

`Azərbaycanın düşməni bizim düşmənimizdir` - Binəli Yıldırım

“Azərbaycanla Türkiyə arasındakı əlaqələr keçmişdən gələcəyə uzanan qardaş birliyidir”. Bunu Türkiyənin baş naziri Binəli Yıldırım Bakıda prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.



Yıldırım Bakıda Şeyxlə birgə namaz qıldı - FOTO

Bakıda səfərdə olan Türkiyənin baş naziri Binali Yıldırım Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ilə görüşüb.

***

3091 müəllim iş yerini dəyişə bilər - Rəsmi

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə 3091 vakant yer çıxarılıb. Bunu Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

***

`Azərbaycan İŞİD-lə mübarizədə öz iradəsini göstərib` - ABŞ

Amerika Birləşmiş Ştatlarının Kodeksinin əsasnaməsinə uyğun olaraq, ABŞ Dövlət Departamenti «2015-ci ildə terrorizmlə mübarizə» haqqında hesabat dərc edib.

***

Artur Rasizadə Bundestaqın qərarını pislədi

Azərbaycanın Baş naziri Artur Rasizadə iyunun 3-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə baş naziri Binəli Yıldırım ilə görüşüb.

***

Ermənistanda üç yüksək rütbəli hərbçi həbs edildi

Ermənistanda məhkəmə mayın 30-da saxlanılan yüksək rütbəli hərbçilərə qarşı həbs-qətimkan tədbiri seçib.

***

`Azərbaycanla birgə istənilən problemi həll edə bilərik` - Yıldırım

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

***

Azərbaycanda məmur seriala çəkildi - FOTO

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov yeni teleseriala çəkilib.

***

Maşınlar daha da ucuzlaşacaq - VİDEO

Bir sıra avtomobil mərkəzləri qiymətlərdə yaya doğru yeni endirim kampaniyalarına başlamağa hazırlaşır.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti