Suriyada erməni öldürüldü

Suriyada erməni öldürüldü
  31 Yanvar 2013    Oxunub:968
Beyrutdan Suriyanın Latikiya şəhərinə gedən və Hələb şəhərindən olduğu bildirilən erməni öldürülüb.
Ermənistanın News.am saytının məlumatına görə öz avtomobili ilə Latakiya şəhərinə doğru hərəkət edən erməni, Cable şəhəri istiqamətindən atəşə tutulub.

Bir müddət əvvəl “Cəbhat Ən Nüsrə”(Qələbə Cəbhəsi) qruplaşmasının üzvləri tərəfindən əsir götürülərək öldürülənlərin arasında da ermənilərin olduğu ehtimal edilir.

Bu arada Ermənistanın Xarici İşlər Nazirliyi ötən həftə Dəməşqdə əsir götürülən erməni Nazaret Çarkyan azad edildiyini bildirib. Xatırladaq ki, Çarkyan yanvar ayının 23-də həbs edilmişdi.


Teqlər:





Xəbər lenti