`Azərbaycan hərbçilərimizi məhv edə bilər` - Erməni kəşfiyyatçı

`Azərbaycan hərbçilərimizi məhv edə bilər` - Erməni kəşfiyyatçı
  25 May 2016    Oxunub:3910
Aprel ayının əvvəlində Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilər böyük taktiki və operativ əhəmiyyətə malikdir.

AzVision.az xəbər verir ki, bunu Ermənistanın ilk kəşfiyyat-diversiya dəstəsini yaradan Vova Vardanov deyib. Onun sözlərinə görə, həmin ərazilər hərbi sahədə taktiki gediş baxımından çox vacibdir: “Əlbəttə, həmin ərazilərdəki hər bir metr çox vacibdir. Bir mövqe böyük strateji əhəmiyyətə malik deyil, lakin böyük taktiki və operativ önəm daşıyır.

Artıq qarşı tərəf Talış kəndi istiqamətində mövqelərimizi görə bilir. Azərbaycanlılar taktiki cəhətədən bizim bütün əsgərimizi eyni vaxtda məhv edə bilər”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti