Ötən gün nə ilə yadda qaldı? - Xronika

Ötən gün nə ilə yadda qaldı? - Xronika
  20 May 2016    Oxunub:2309
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Mayın 19-da nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:


Metsamor AES-in yaratdığı təhlükələr

"Metsamor" Atom Elektrik Stansiyasının (AES) hərbi məqsədlər üçün istifadə imkanları genişdir. Əgər əlaqədar beynəlxalq təşkilatlar, böyük dövlətlər tərəfindən təzyiq göstərilməsə, bu stansiyanın yaratdığı təhlükələrin Azərbaycana qarşı reallaşdırılması imkanları var".

***

Azərbaycanlı milyarderin oğlu ən varlı varisdir - FOTOLAR

Rusiyanın “LUKoyl” şirkətinin rəhbəri, azərbaycanlı milyarder Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov “Forbes” jurnalının hazırladığı Rusiyanın ən varlı varisləri siyahısında birinci olub.

***

`Erməni diasporu Bakı-Tbilisi-Qars layihəsinə maneə olmağa çalışır`
"Erməni diasporu tərəfindən Bakı-Tbilisi-Qars (BTQ) layihəsinə çoxlu maneələr olub və bu vəziyyət davam edir". Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “The Business Year” jurnalına müsahibəsində deyib.



Yanan bina: Faciədən 1 il sonra (FOTOLAR)

Bakının Binəqədi rayonunda yaşayış binasında dəhşətli yanğın hadisəsinin baş verməsindən 1 il ötür.

***

Azərbaycanlılar Argentina və Bolqarıstanda bank `yardılar`

Respublikanın daxili işlər orqanları informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

***

Erməni generalın etirafı: `Ağdərədə xeyli itki verdik`

Qondarma “DQR”-in “müdafiə nazirinin müavini”, general-mayor Samvel Karapetyan erməni jurnalistlərə müsahibəsi zamanı 2-5 aprel tarixlərində təmas xəttində baş verən döyüşlərdən danışıb.

***

Ermənistanda qanlı atışma: Ölən və yaralı var (FOTOLAR)

Ermənistanın Lori vilayətinin Alaverdi (Allahverdi) şəhərində qanlı atışma baş verib.



`Formula-1`dən sonra müharibə olacaq - Düşmən tərəfi

“Qarabağda yenidən qısa müddətli müharibə başlaya bilər. Hesab edirəm ki, döyüşlər yay aylarına təsadüf edəcək”. Bunu erməni jurnalistlərə açıqlamasında ekspert Ara Papyan bildirib.

***

Ermənistanın qadağan olunmuş lazer silahı var?

Ermənistan istifadəsi qadağan olunmuş lazer silahı istehsal edir.

***

Sarkisyan muzdluları təcili Qarabağdan çıxarır

Ermənistan prezidenti Serj Sarkisyan Vyanadan qayıtdıqdan sonra Qarabağa könüllü gedən muzdlulara hazırda qismən sakitçilik olduğu və danışıqların aparıldığı üçün geri qayıtmağı əmr edib.

***

Gələn aydan ipoteka kreditləri bərpa olunacaq

Azərbaycanda gələn aydan ipoteka kreditlərinin verilməsinə başlanılacaq.

***

Lukaşenkodan MDB ölkələrinə Qarabağ çağırışı

Belarus prezidenti Aleksandr Lukaşenko MDB ölkələrini Dnestryanı, Dağlıq Qarabağ və digər aktual problemlərin həlli ilə aktiv məşğul olmağa çağırıb.



Tikinti ilə bağlı mühüm fərman - İcazə sadələşdirildi

Prezident İlham Əliyev bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb.

***

`Erməni deputatlar məni tənqid edirdilər...` - Aqramunt

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt ilə görüşüb.

***

Metsamoru `yeniləmək` cəhdi: Yerevan özünü ifşa etdi – ARAŞDIRMA

Bu gün bütün Cənubi Qafqaz, Türkiyə və İranın şimalı, Rusiyanın cənubu istənilən an radiasiya təhlükəsinə məruz qala bilər. Ekspertlərin fikrincə, Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasında baş verəcək faciənin fəsadları Çernobl hadisəsindən də ağır olacaq.

***

`Vyana görüşü müsbət dəyişikliklərə səbəb olacaq` - Brayza

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyana görüşü olduqca uğurlu olub, çünki görüşdə ABŞ dövlət katibi Con Kerri də iştirak edib.

***

Ermənilər yenə öz PUA-larını vurdular

Cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.

***

Metsamor təhlükəsi Avropanı ciddi narahat edir

Avropanın nüfuzlu analitik portallarından biri olan “Moderndiplomacy.eu”da Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının (AES) təhlükələrindən bəhs edən məqalə yayılıb.

***

Ermənilər azərbaycanlılardan üzr istədi

Ukraynanın Lvov vilayətinin erməni diasporunun nümayəndələri şəhərdə baş verən davaya görə azərbaycanlılardan üzr istəyiblər.



`Stop Metsamor` kampaniyası TRT-də - VİDEO

Metsamor AES-in bağlanmasını tələb edən və Azərbaycanlı bloggerlərin, həmçinin AzVision.az saytının təşəbbüsü ilə başlanan “Stop Metsamor” kampaniyası Türkiyənin TRT Avaz kanalının gündəm mövzusuna çevrilib.

***

Zaxarovanın rəqsi gündəm oldu - VİDEO

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Soçidə keçirilən sammitdə rəqsi ilə diqqət çəkib.

***

Leyla Əliyeva təhsil aldığı universitetdə - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universiteti) (MDBMİ) Azərbaycanlı Məzunlar Assosiasiyasının prezidenti Leyla Əliyeva bu ali təhsil müəssisəsində olub.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti