Rusiya ordusunda faciə - Ölən və yaralılar var

Rusiya ordusunda faciə -  Ölən və yaralılar var
  19 May 2016    Oxunub:4315
Rusiyalı hərbçilərini daşıyan avtobus Cənubi Osetiyada qəzaya düşüb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Tsxinval-Kançaveti dağ yolunda baş verib.

Hərbçiləri daşıyan avtobusun uçuruma yuvarlanması nəticəsində 6 zabit ölüb, 16-sı isə xəsarət alıb.

Yaralılar Tsixinvaldakı xəstəxanaya çatdırılıb.

Rusiya müdafiə naziri Sergey Şoyqunun göstərişi ilə yaralıları Moskvaya gətirmək üçün hadisə yerinə təyyarə göndərilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti