`Milli Qəhrəman, necə lazımdısa...` - Şəhidin dediyi meyxana (VİDEO)

`Milli Qəhrəman, necə lazımdısa...` -  Şəhidin dediyi meyxana (VİDEO)
  14 May 2016    Oxunub:30875
Aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan, mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişən zabitimiz, kapitan Nəcməddin Savalanovun illər əvvəl çəkilmiş videogörüntüləri yayılıb.
AzVision.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videoda şəhid kapitanın toy məclisində meyxana dediyi əks olunub.

Toy məclisində hərbçilər də iştirak edir. Həmçinin onlarında arasında şəhid polkovnik-leytenant Raquf Orucovda var.

Qeyd edək ki, “İgidliyə görə” medalı ilə təltif edilən şəhid zabitimiz doğulduğu İmişli rayonunun Göbəktala kəndində dəfn olunub.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti