“Formula-1”ə ciddi hazırlıq gedir - FOTOLAR

“Formula-1”ə ciddi hazırlıq gedir - FOTOLAR
  07 May 2016    Oxunub:15832
Bu ilin iyun ayında keçiriləcək `Formula-1` yarışı ilə əlaqədar paytaxt Bakıda hazırlıq işləri davam etdirilir.
“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının milli mətbuat katibi Nigar Arpadarainin sözlərinə görə, artıq yollara asfaltın sonuncu layı vurulur və gələn həftədən başlayaraq ümumi tutumu 30 min nəfər olan 9 tribuna quraşdırılacaq.



Hazırda tamaşaçılar üçün oturacaqlar qurulur, bəzi yollarda təmir işləri aparılır.



Qeyd edək ki, Bakıda keçiriləcək yarış unikallığı ilə seçilir. Monako və Sinqapur kimi Bakı da şəhər trasına ev sahibliyi edəcək.



Bakıda keçiriləcək yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, Bakının ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək.



Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görə biləcəklər. O da vurğulanmalıdır ki, “Formula-1” yarışları dünyada ən çox televiziya izləyicisi toplamış yarışlardan biridir.

Uzunluğu 6 km olacaq trasda bir neçə ciddi hündürlük dəyişməsi, yoxuş və enişlər olacaq.

FOTO: Elvin Abdulla
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti