Gəncədə möhtəşəm konsert proqramı - Fotolar

Gəncədə möhtəşəm konsert proqramı - Fotolar
  05 May 2016    Oxunub:4511
“Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsinin açılış mərasimi çərçivəsində şəhərin baş meydanında möhtəşəm konsert proqramı baş tutub.
AzVision.az xəbər verir ki, öncə bütün gəncəliləri təbrik edən “Gəncə -2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin sədri Elmir Vəliyev bu uğurun əhəmiyyətindən danışıb. Qalibiyyəti Ölkə Prezidenti Cənab İlham Əliyevin gənclərə olan diqqət və qayğısı kimi dəyərləndirib.
Sonra yerli və əcnəbi sənətçilərin iştirakı ilə keçirilən konsertdə şəhər sakinləri, qonaqlar dünya şöhrətli müğənnilərin canlı ifalarını dinləyiblər.

Gecədə öncə səhnəyə Azərbaycanın Xalq Artisti Alim Qasımov çıxıb. Sənətkarın heyrətamiz ifası dinləyicilər tərəfindən coşqu ilə qarşılanıb. “Natiq” Ritm Qrupu və müğəni Abbas Bağırov maraqlı musiqi nömrələri ilə konsertə rəng qatıblar.

Dünya şöhrətli müğənnilər Aleksandra Stan və İnqridin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. İtalyan müğənnisi İnqridin Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa etməsi isə tamaşaçıların böyük marağına səbəb olub.

Konsert proqramı “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalın ifasında “Running Scared” mahnısı və möhtəşəm atəşfəşanlıqla başa çatıb.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti