Hesablama Palatasının hesabatı qəbul edildi

Hesablama Palatasının hesabatı qəbul edildi
  15 Aprel 2016    Oxunub:2344
Parlamentin bu gün keçirilən iclasında Hesablama Palatasının 2015- cı il üzrə hesabatı müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim etdiyi hesabatda bir sıra dövlət qurumlarında yol verilən maliyyə pozuntularından danışıb.

Palata sədri qeyd edib ki, deputatlara təklif olunan hesabatda 98 təklif və 15 tövsiyə öz əksini tapıb.

V.Gülməmmədov “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) dövlət vəsaitini mənimsəmə və digər maliyyə pozuntuları, qanuna zidd hallar barədə məlumat verib. O cümlədən Palata sədri Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) maliyyə pozuntuları, dövlət vəsaitini mənimsəmə və digər qanuna zidd əməllər aşkarlanmasından danışıb.

Həmçinin bir sıra dövlət qurumlarında olan maliyyə pozuntuları barədə məlumat verilib.

Hazırda iclasda Hesablama Palatasının müzakirəsi gedir.

***

Aparılan müzakirələrdən sonra Hesablama Palatasının hesabatı səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti