1 ildə 128 milyon

1 ildə 128 milyon
  22 Fevral 2013    Oxunub:2135
Aparılan araşdırmaya görə, 2011-ci ildə 72 milyon ədəd satılan planşetlərin satış həcmi ötən il 78,4% artaraq 128 milyon təşkil edib.
“İnternational Data Corporation” (IDC) şirkətinin araşdırması 2012-ci ildə 128,3 milyon ədəd planşet kompyuter satıldığını, 2011-ci ildə analoji göstəricinin 72 milyon təşkil etdiyini açıqlayıb.
Şirkət artımla əlaqədar planşet qiymətlərinin də 15% azalaraq 461 dollar təşkil etdiyini vurğulayıb.
Araşdırma planşet satışında müşahidə edilən bu ciddi artıma baxmayaraq planşetlərin, 60%-nin ağıllı telefonlardan ibarət olan elektronik cihazlar bazarında yalnız 10,7% paya sahib olduğunu göstərib.



Teqlər:  





Xəbər lenti