Zakir Fərəcov uşaqları ac saxlayan müdiri cəzalandırdı

Zakir Fərəcov uşaqları ac saxlayan müdiri cəzalandırdı
  19 Fevral 2016    Oxunub:6493
Sumqayıtın icra başçısı Zakir Fərəcov 9-cu mikrarayonda yerləşən 49 saylı uşaq bağçasının müdirəsi Sahibə Ağayevaya şiddətli töhmət verib.
AzVision.az-ın məlumatına görə, icra başçısı S.Ağayevavı fəaliyyətində yol verdiyi nöqsanlara görə cəzalandırıb.

Qeyd edək ki, “Qovaqcıq” uşaq bağçasının (49 saylı) müdirəsi Sahibə Ağayevanın qanunsuz əməlləri ilə bağlı Azad İstehlakçılar Birliyinə göndərilən məktub araşdırılıb.

Valideynlər dövlət tərəfindən bağçaya kifayət qədər ərzaq məhsulları verilsə də, uşaqların ac saxlanılmasından və valideynlərdən qeyri-qanunu pul yığılmasından şikayət ediblər.

“Dövlət bağçaya ət, toyuq, kəsmik, pendir, süd, yağ, un məmulatları və s. məhsullar verir. Lakin bu ərzaqlardan uşaqlar üçün yemək bişirilmir, ya da ərzaqlar yeməklərə çox cüzi qatılır. Menyuda göstərilən yeməklər uşaqlara verilmir”-deyə şikayətlə bildirilib.

Valideynlər bununla bağlı Sahibə Ağayevaya dəfələrlə irad bildirsələr də, bunun faydası olmayıb.

Valideynlərin şikayətləri ilə əlaqədar Sumqayıt şəhər İcra hakimiyyətinin Humanitar məsələlər şöbəsi tərəfindən bağçaya Komissiya göndərilib.

Araşdırma zamanı valideynlərin şikayəti sübuta yetirilib.

“İki gün öncə bağçaya komissiya gələrək məsələni araşdırdı. Sahibə Ağayevaya icra başçısı tərəfindən şiddətli töhmət verildi. Amma bağçadakı acınacaqlı vəziyyət tam olaraq aradan qaldırılmayıb. Hətta bağça müdiri ondan şikayət etdiyimizə görə, bizə hədə-qorxu gəlir”-deyə valideynlər AzVision.az-a məlumat veriblər.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti