Vaşinqtonda Xocalı piketi - VİDEO

Vaşinqtonda Xocalı piketi - VİDEO
  22 Fevral 2013    Oxunub:1381
Nyu-Yorkda da metro stansiyaları, avtobus dayanacaqları, digər ictimai yerlərdə Xocalı faciəsi barədə məlumati əks etdirən posterlər yerləşdirilib.
1992-ci ilin fevral ayının 26-dan 27-ə keçən gecə ermənilər tərəfindən törədilən Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar “Xocalı: Azərbaycana qarşi bəşəri faciə” kampaniyasına start verilib. Bununla bağlı ABŞ-da paytaxt Vaşinqtonun ardınca bu ölkənin ən böyük şəhəri, iqtisadi mərkəzi sayılan Nyu-Yorkda da metro stansiyaları, avtobus dayanacaqları, digər ictimai yerlərdə Xocalı faciəsi barədə məlumati əks etdirən posterlər yerləşdirilib. Vaşinqtonun mərkəzi stansiyalarından birinin qarşısında isə bir qrup adam Xocalı soyqırımının ildönümü ilə əlaqədar öz etiraz piketini keçirib.

ABŞ-ın siyasi paytaxtı həm də dünyada rekord sayda lobbiçi təşkilatların vətənidir. Amerika metrosu artıq neçə vaxtdır ki, söz azadlığı ilə terror və zorakılığa qarşı mübarizə aparmaq məsuliyyətinin toqquşduğu məkana çevrilib. Vaşinqton metrosunda “Xocalı: Azərbaycana qarşi bəşəri faciə” yazılmış bu posterlər yerli sakinlər tərəfindən ümumilikdə müsbət qarşılanıb.





Teqlər:  





Xəbər lenti